İsrail əl-Məyadin bürosunun rəhbərini həbs edib

İsrail əl-Məyadin bürosunun rəhbərini həbs edib

Əl-Məyadin TV-nin Fələstin bürosunun rəhbəri Nasir Əl-Ləhhamın İsrail işğalçı qüvvələri tərəfindən evinə basqın zamanı saxlanılması, ifadə azadlığını hədəf alan sistematik zülmün yeni nümunəsi kimi geniş reaksiyalara səbəb olub.

Əl-Məyadin TV-nin işğal altında olan Fələstin bürosunun direktoru Nasir əl-Ləhhamın İsrail işğalçı qüvvələri tərəfindən saxlanılması ərəb və Fələstin dairələrinin geniş reaksiyasına səbəb olub. 

Jurnalistin dərhal azadlığa buraxılması çağırışları artsa da, baş verənlər ifadə azadlığını boğmağa yönəlmiş sistemli siyasət kimi qiymətləndirilir.

Bazar ertəsi səhər tezdən İsrail təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi reyddə Əl-Ləhhamın evi Şin Bet qrupları tərəfindən hədəfə alınıb və evdə genişmiqyaslı axtarış zamanı elektron cihazlar ələ keçirilib. 

“Bu addım işğalın həqiqəti məhv etmək, azad səsləri susdurmaq və Qəzza və regionda mülki şəxslərə qarşı cinayətlərini sənədləşdirən hər hansı görüntüləri əngəlləmək siyasətinin davamıdır”, – Hizbullahın media ilə əlaqələr bölməsinin bəyanatında deyilir.

Hizbullah əl-Ləhham, əl-Məyadin əməkdaşları və bütün jurnalistlərlə həmrəylik mesajı verib və beynəlxalq qurumları təcili müdaxilə etməyə çağırıb.

Fələstin Mücahidləri Hərəkatı da hadisəni pisləyib və bildirib ki, Əl-Məyadinin hədəfə alınması “kanalın doğru yolda olduğuna sübutdur”. 

Hərəkat həbsi “səsi susdurmaq və həqiqəti gizlətmək cəhdi” kimi qiymətləndirib.

Azadlıqları Müdafiə Mərkəzinin direktoru Hilmi əl-Arac beynəlxalq ictimaiyyəti məsuliyyəti öz üzərinə götürməyə çağıraraq, fələstinli jurnalistlərin “həyat və azadlıqlarının” daim təhdid altında olduğunu vurğulayıb. 

Fələstinin Azadlıq Xalq Cəbhəsi hadisələri “işğalın hərbi və mənəvi zəifliyini ört-basdır etmək üçün uğursuz cəhd” kimi qiymətləndirib.

Livan Xalq Konqresi, Almaniyadakı Fələstin Demokratik Komitələri, İordaniya Xalq Birlik Partiyası və İraqın Kazimiyyə şəhərindəki Şeyx əl-Xalisi ofisi də həbsi pisləyən ayrı-ayrı bəyanatlar verib.

Beynəlxalq Jurnalistlər Federasiyası bildirib ki, əl-Məyadin “peşəkar mübarizəsində yeni dönüş nöqtəsi” yaşayıb və hadisə bütün insani və peşəkar dəyərlərin pozulmasıdır. 

Federasiya bütün dünyada humanitar təşkilatları jurnalistin dərhal azadlığa buraxılmasını tələb etməyə çağırıb.

Fələstin Jurnalistləri Sindikatı, Fələstin Jurnalistləri Müdafiə Mərkəzi və müxtəlif media qurumları əl-Ləhhamın həbsinin “ifadə azadlığına və jurnalistlik peşəsinə qarşı cinayət” olduğunu vurğulayıblar.

Hadisə işğal altındakı Fələstində fəaliyyət göstərən müstəqil media qurumlarının təzyiqlərə baxmayaraq işlərinə davam etmək əzmini bir daha gündəmə gətirib. 

Jurnalistin taleyi və həbsinin hüquqi prosesi diqqətlə izlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =