Husilər Qırmızı dənizdə gəmi batırdılar

Husilər Qırmızı dənizdə gəmi batırdılar

Yəmənin “Ənsar Allah” hərəkatından olan husilərin hücumuna məruz qalan “Magic Seas” quru yükdaşıyan gəmi Qırmızı dənizdə batıb.

Oxu.Az xəbər verir ki, hərəkatın nümayəndəsi Yəhya Sariya öz “Telegram” kanalında yazıb.

“Magic Seas” gəmisi silahlı qüvvələrimiz ona zərbə endirdikdən sonra tamamilə dənizin dərinliklərində batıb”, – deyə o bildirib.

Onun sözlərinə görə, gəmi Fələstin limanlarına giriş qadağasına məhəl qoymadığı üçün hücuma məruz qalıb.

Öz növbəsində, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi bəyan edib ki, Qırmızı dənizdə husilərin hücumuna məruz qalan “Magic Seas” quru yük daşıyan gəminin 22 ekipaj üzvü xilas edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =