Kats: “İran İsrailə qurudan girməyə hazırlaşırdı”

“İran İsrailə yerüstü əməliyyatla girməyə hazırlaşırdı”.
Oxu.Az “Doqquzuncu kanal”a istinadla xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.
O izah edib ki, İsrail İrana hücum qərarını Tehranın ilk zərbəni endirəcəyi ilə bağlı narahatlıqlar nəzərə alınmaqla verib:
“İsrail müharibə başlamazdan əvvəl İordaniya və Misirlə sərhədlərinə minlərlə hərbçi yerləşdirib”.
Kats qeyd edib ki, sərəncamında Tehranın İsraili məhv etmək üçün B planı hazırladığı barədə məlumat var idi.
İsrail nazirinin sözlərinə görə, plan yəhudi dövlətinə soxulmaq üçün çoxsaylı şiə silahlı birləşmələrindən istifadə etmək idi.