Çində rekord: Yüksək sürətli qatar 600 km/saat sürətə çatdı – Video

Çində rekord: Yüksək sürətli qatar 600 km/saat sürətə çatdı – Video

Çinin “CRRC Changchun Railway Vehicles” şirkəti 600 km/saat sürət yığa bilən yeni nəsil maqnit yastıqlı (maglev) superqatarın prototipini təqdim edib.

Şirkətin mühəndisləri bildiriblər ki, yeni qatar misilsiz effektivliyə, yüksək təhlükəsizlik səviyyəsinə, ətraf mühitə zərərsizliyə və enerji qənaətinə malikdir.

Qeyd edək ki, Çin bu sahədə artıq böyük təcrübəyə malikdir. Hələ 2004-cü ildən etibarən Şanxayla “Pudun” beynəlxalq hava limanını birləşdirən kommersiya maglev xətti fəaliyyət göstərir. Bu xətt üzərində işləyən qatarlar maksimum 430 km/saat sürətə çatır.

Yeni sürət rekordu ilə seçilən maglev qatarın, xüsusilə Çinin iri meqapolisləri arasında işləyəcək marşrutlarda istifadə olunması nəzərdə tutulur.

Çin hökumətinin planına əsasən, yeni nəsil maglevlər üçün genişmiqyaslı kommersiya dəmir yolu xətlərinin inşasına 5 il ərzində başlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 6 =