PKK silahları yandırdı – Tarixi görüntülər yayımlandı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İraqın Süleymaniyə bölgəsində PKK terror təşkilatının silahları yandırdığı anlara aid ilk görüntülər yayımlanıb. Casene mağarasında baş tutan simvolik silah təhvilvermə mərasimində 30 nəfərlik PKK üzvü, o cümlədən 4 təşkilat lideri, silahlarını içində alov olan böyük bir qazana ataraq məhv edib.
Mərasimdə Milli İstihbarat Təşkilatı, İraq Kürd Regional İdarəsi, DEM Partiyası, sivil cəmiyyət nümayəndələri və media qurumları iştirak edib. PKK-nın sözçüləri bu addımı “demokratik siyasətə keçid” və “barışa töhfə” kimi qiymətləndirib.
Silahların imhası ilə bağlı prosesin BMT nəzarəti altında davam etdiriləcəyi və 2025-ci ilin sentyabr ayına qədər tam silahsızlanmanın başa çatdırılması planlaşdırılır.