İsrail ordusunda daha bir intihar hadisəsi

İsrail ordusunda daha bir intihar hadisəsi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Sionist İsrail rejiminin “Sdi Teyman” hərbi bazasında daha bir əsgər intihar edib. Bu, son günlərdə orduda baş verən üçüncü intihar hadisəsidir. Məlumata görə, əsgər Qəzza zolağında döyüşlərdə iştirak etdikdən sonra bazaya qayıdıb və orada özünü güllələyərək həyatına son qoyub.

İsrail mediası bildirir ki, əsgər “Qolani” briqadasının üzvü olub və hərbi polis tərəfindən aparılan istintaqa cəlb edildikdən sonra psixoloji gərginlik yaşayıb. Onun silahı əlindən alınsa da, hadisə zamanı yatan bir yoldaşının silahından istifadə edərək intihar etdiyi qeyd olunur.

Son aylarda İsrail ordusunda intihar halları artmaqdadır. Yerli mənbələrə görə, Qəzzada baş verən münaqişə fonunda ümumilikdə 42 əsgər intihar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − seven =