İspaniyanın Baş Naziri: “Aİ İsraillə tərəfdaşlığı dərhal dayandırmalıdır”


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İspaniyanın Baş Naziri Pedro Sançes Avropa İttifaqını İsraillə mövcud tərəfdaşlıq münasibətlərini dayandırmağa səsləyib. Sançesin sözlərinə görə, İsrailin son hərbi əməliyyatları beynəlxalq hüququn ciddi pozuntusu olmaqla yanaşı, tarixi soyqırımlar səviyyəsində qiymətləndirilə bilər.
Sançesin açıqlamasından:
“Bu əsrin ən böyük soyqırımı ilə tərəfdaş ola bilmərik — susmaq və siyasət oynamaq bu cinayətə şərik olmaq deməkdir.”
Baş Nazir Avropa liderlərini və beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb. O, Aİ-nin susqunluğunu tənqid edərək, İsrailə qarşı daha sərt addımların atılmasının zəruri olduğunu vurğulayıb.
Açıqlama, İsrailin son əməliyyatları nəticəsində çox sayda mülki şəxsin qətlə yetirilməsi və beynəlxalq aləmdə insan haqları ilə bağlı narahatlıqların güclənməsi fonunda verilib.