İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın artilleriya komandirini öldürüb

İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın artilleriya komandirini öldürüb

İsrail Müdafiə Qüvvələri (IDF) cümə axşamı səhər saatlarında Livanın cənubundakı Əl-Mənsuri bölgəsində “Hizbullah”ın sahil sektorunda artilleriya komandiri Məhəmməd Camal Muradı öldürüb.

“Report” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad müharibə zamanı İsrail ərazisinə çoxsaylı raket hücumlarına görə məsuliyyət daşıyıb.

Qeyd olunur ki, o, son aylarda “Hizbullah”ın sahil sektorunda artilleriya qabiliyyətini bərpa etməyə çalışıb.

İsrail ordusundan bildirilib ki, onun hərəkətləri İsrailin təhlükəsizliyinə təhdid idi, Təl-Əviv və Beyrut arasında əvvəllər əldə edilmiş razılaşmaları pozurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =