Gideonun arabaları əməliyyatı başlayandan bəri hər 48 saatda bir İsrail əsgəri öldürülüb

İsrail Radio və Televiziya Təşkilatı HƏMAS-ın Qəzzada israrlı olduğunu etiraf edərək əlavə edib ki, Gideonun arabaları əməliyyatı başlayandan bəri hər 48 saatda bir İsrail əsgəri Qəzzada müqavimət döyüşçüləri tərəfindən öldürülüb.
Təşkilat bəyan edib ki, İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS diz çökdürülmədən və Qəzza zolağından çıxarılmadan əvvəl Qəzzada müharibənin dayandırılmasına dəfələrlə qarşı çıxıb. O, bunu etməməsinin İsraili daha bir qırğına məruz qoya biləcəyini iddia edib.