ABŞ mediası: Netanyahu hakimiyyətdə qalmaq üçün Qəzza müharibəsini uzadır

“The New York Times” qəzeti İsrailin baş nazirinin hakimiyyətdə qalmaq üçün Qəzzada müharibəni uzatdığını yazıb.
The New York Times qəzetinin yazdığına görə, Netanyahu ifrat sağçı koalisiya müttəfiqlərinin təzyiqi ilə HƏMAS müqavimət qüvvələrinin razılığa gəlməyə ən hazır olduğu əsas məqamlarda danışıqları ləngitdi. O, İsrailin yüksək rütbəli rəsmiləri bunu zəruri hesab etmədikdə belə, müharibəni davam etdirməkdə israr edirdi. Tərəflər nəhayət 2025-ci ilin yanvarında atəşkəs barədə razılığa gələ bildikdə, Netanyahu qismən sağçı qüvvələrin narazılığından qaçmaq üçün mart ayında atəşkəsi pozdu.