İran, dünyada neft hasilatının artımında lider oldu – 13% artım

OPEC-in statistik məlumatları göstərir ki, İran 2024-cü ildə gündəlik xam neft hasilatını 374 min barel artırmaqla dünyada hasilat artımı baxımından birinci yerə çıxıb. Bu arada, Səudiyyə Ərəbistanı ardıcıl ikinci il ciddi hasilat azalmaları ilə üzləşib.
Neft İxrac Edən Ölkələr Təşkilatının nəşr etdiyi 60-cı Statistika Bülleteninə əsasən, İran 2024-cü ildə xam neft hasilatını 13 faiz artıraraq bu sahədə dünya üzrə lider olub.
İranın gündəlik xam neft hasilatı 2023-cü ildəki 2 milyon 884 min bareldən, 2024-cü ildə 3 milyon 257 min barelə yüksəlib.
bu da 374 min barel artım deməkdir.
Birləşmiş Ştatlar gündəlik hasilatını 274 min barel (təxminən 2 faiz artım) artırmaqla ikinci yeri tutub. Onlardan sonra Nigeriya (158 min barel), Venesuela (138 min barel) və Argentina (65 min barel) gəlir.