Hökuməti xilas edən əməliyyat? İranın hücumunun pərdəarxası

Hökuməti xilas edən əməliyyat? İranın hücumunun pərdəarxası

New York Times” qəzetinin yazdığına görə, İsrailin baş naziri İrana hücum planını ultra-pravoslav lider Qafniyə günlər öncədən çatdıraraq, koalisiyadakı tərəfdaşlarını buna inandırmağa çalışıb. Əsas ləğvetmə səsverməsi hökumətin lehinə keçdi və hücum qısa müddət sonra başladı.

The New York Times cümə günü dərc etdiyi bir hesabatda İsrailin baş naziri Benyamin Netanyahunun hökumətinin dağılmasının qarşısını almaq üçün Knesset üzvü Moşe Qafniyə İrana planlaşdırılan hücum barədə dörd gün əvvəl məlumat verdiyini açıqlayıb.

Qafni ultra-pravoslav Degel HaTorah partiyasının lideri və Birləşmiş Tövrat Yəhudilik koalisiyasının aparıcı simalarından biri kimi İsrail siyasətindəki ultra-pravoslav dairələr daxilində təsiri ilə tanınır.

“The New York Times” yazıb ki, iyunun 9-da Netanyahu Qafnini məxfilik andı altında İsrailin dörd gün ərzində İrana hücum edəcəyi barədə məlumatı paylaşdığı görüşə dəvət edib.

Qəzet Qafninin iclası narahat hiss edərək tərk etdiyini və Netanyahunun bəyanatının siyasi taktika, yoxsa real məlumat olduğuna əmin olmadığını bildirib.

Lakin iki gün sonra Knessetin buraxılması ilə bağlı keçirilən səsvermədə Qafninin partiyası hökumətin lehinə səs verib, koalisiyanın davamını təmin edib və bu səsvermədən təxminən 24 saat sonra İsrail İrana qeyri-qanuni hücuma başlayıb.

Hücumdan əvvəl Netanyahunun ciddi siyasi böhranla üzləşdiyini bildirən Amerika qəzetinin məlumatına görə, koalisiyadakı Haredi partiyalarından bəzi Knesset üzvləri ölkəni növbədənkənar seçkilərə gətirib çıxara biləcək təklif olunan qanunun ləğvi üçün səsvermədə müxalifətə qatılacaqları ilə hədələyiblər.

Məlumata görə, ABŞ-ın İsraildəki səfiri Mike Huckabee də işə qarışaraq Haredi siyasətçilərini işğalçı qurumun işğal olunmuş Fələstinin paytaxtı Qüdsdəki səfirliyinə dəvət edib.

Hakabinin sözlərinə görə, siyasi münaqişələr İrana qarşı mübarizəni təhlükə altına qoyur və hökumət yıxılacağı təqdirdə ABŞ-ın dəstəyi zəifləyə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =