İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqlayıb

İran ABŞ ilə danışıqların bərpası üçün şərtini açıqlayıb

İran ABŞ ilə danışıqlar prosesində diplomatiyanın səmərəliliyinə əmin olmalıdır.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, diplomatiyaya mənfi damğa və etiket vurulmamalıdır:

“Diplomatiya bir vasitə və fürsətdir. Biz heç bir halda milli hüquq və maraqlarını təmin etmək üçün ölkəni bu vasitədən məhrum edə bilmərik”.

İ.Bəqai əlavə edib ki, İran Silahlı Qüvvələri ölkəni müdafiə etmək vəzifəsinə sadiq olduğu kimi, Xarici İşlər Nazirliyi də diplomatiya vasitələrindən optimal istifadə edərək ölkənin maraqlarının reallaşmasına kömək etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =