İtaliya parlamentində süni intellekt işə başlayıb

İtaliya parlamentində süni intellekt işə başlayıb

İtaliya rəqəmsal siyasətin yeni dövrünə qədəm qoyur: Deputatlar Palatası ilk dəfə olaraq qanunvericilik fəaliyyətini dəstəkləmək üçün süni intellekt platformalarını rəsmi olaraq tətbiq ediblər.

Oxu.Az rg.ru-ya istinadən xəbər verir ki, 2023-cü ildən hazırlanmağa başlanan layihə aktiv sınaq mərhələsinə qədəm qoyur.

Layihə müəllifləri qeyd ediblər ki, bu o demək deyil ki, parlamentarilər bundan sonra çıxışlar hazırlamaq üçün gizli şəkildə “ChatGPT”dən istifadə edəcəklər (məsələn, senator Marko Lombardo 2023-cü ildə ictimaiyyət qarşısında süni intellekt tərəfindən yazılmış nitqi oxumuşdu), bu, generativ vasitələrin parlamentin işinə rəsmi inteqrasiyasıdır. Eyni zamanda, eksperimentin məqsədi insanı əvəz etmək deyil, işin səmərəliliyini və keyfiyyətini artırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − 1 =