Dünyanın ən böyük ‘Mars Daşı’ hərracda alıcı axtarır

Dünyanın ən böyük ‘Mars Daşı’ hərracda alıcı axtarır

Meteoritin 25 kq-lıq hissəsi “Sotheby’s” hərracında təxminən 2-4 milyon dollara satılacaq.

Agentliyin məlumatına görə, “NWA 16788” nümunəsi asteroidlə toqquşma nəticəsində Marsdan qopduğu iddia edilən meteoritin bir hissəsidir. O 225 milyon km-dən çox yol qət edib və Sahara səhrasına düşüb. 2023-cü ilin noyabrında Nigerdə “meteorit ovçuları” tərəfindən aşkar edilib.

Daşın ölçüsü 375 × 279 × 152 mm-dir, onun tərkibində Marsda tapıla bilən bütün maddələrin təxminən 7%-i var.

Nyu-Yorkda keçiriləcək hərrac çərçivəsində həmçinin hündürlüyü iki metrdən çox, uzunluğu isə demək olar ki, üç metr olan gənc seratozavrın skeleti də hərraca çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =