Əraqçi: Şanxay Əməkdaşlıq Təşkilatı tezliklə regional çərçivəni aşaraq qlobal təsirə sahib olacaq

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatı tezliklə qlobal səviyyədə daha çox yer tutmağa başlayır və regional çərçivədən kənara çıxır.
Seyid Abbas Əraqçi 2025-ci il, iyulun 15-də, Çinə daxil olduğu zaman belə deyib: “Çinə səfərim, Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 25-ci iclasında iştirak məqsədilə həyata keçirilir. Bu iclas çərşənbə günü Çinin Tiyancin şəhərində keçiriləcək”.
O əlavə edib: “ŞƏT tədricən regional səviyyədən çıxaraq qlobal arenada daha böyük rol oynamağa başlayır. Təşkilatın gündəliyində həm iqtisadi, həm siyasi və həm də təhlükəsizlik sahələrində müxtəlif məsələlər yer alır”.
Əraqçi qeyd edib ki, bu iclasda təşkilatın inkişaf strategiyası, üzv ölkələrin enerji və ticarət sahəsindəki əməkdaşlıqları, eləcə də digər sahələrlə bağlı sənədlər yekunlaşdırılacaq və gündəmdə olan beynəlxalq məsələlər də təbii olaraq müzakirə ediləcək.