Ayətullah Xamenei ABŞ və İsraili məhkəməyə verməyə çağırıb

Ayətullah Xamenei ABŞ və İsraili məhkəməyə verməyə çağırıb

İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei ölkəsinin məhkəmə rəsmilərini İsrail və ABŞ-ni “İran xalqına qarşı son təcavüzlərinə görə” məhkəməyə verməyə çağırıb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, o, iyulun 16-da məhkəmə sisteminin rəhbəri, baş hakim Qulamhüseyn Möhsüni-Ejei də daxil olmaqla, bir qrup məhkəmə rəsmisini qəbul edərkən bildirib.

Onun sözlərinə görə, İsrail və ABŞ məsuliyyətə cəlb edilməlidir.

Seyid Əli Xamənei daha sonra vurğulayıb: “Əsas vacib vəzifə böyük milli iradə və birliyi qorumaqdan ibarətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × three =