Pezeşkian: Sionist rejim dünya ictimaiyyətinin nəzərində rüsvay və mənfur oldu

Pezeşkian: Sionist rejim dünya ictimaiyyətinin nəzərində rüsvay və mənfur oldu

İran Prezidenti Masud Pezeşkian sionist rejimin son hərbi təcavüzünü bu rejim üçün “rüsvayçı məğlubiyyət” adlandırıb. O bildirib ki, İsrail bu münaqişədə yalnız nüfuzunu deyil, həm də beynəlxalq aləmdə qalan azacıq hörmətini də itirib.

Prezident qeyd edib ki, qadınlar və uşaqların qətli, xəstəxanalar və müalicə mərkəzlərinə, eləcə də yardımçı qüvvələrə qarşı hücumlar müasir dövrün nadir vəhşilikləri sırasına daxil olunur və bu hadisələr nəticəsində İsrail rejimi dünya ictimaiyyətinin gözündə daha da mənfur hala düşüb.

Pezeşkian bu fikirləri çərşənbə günü axşam İran Hilal Əhmər Cəmiyyətinin iclasında səsləndirib. O, 12 günlük hərbi təcavüz zamanı yardımçı qüvvələrin göstərdiyi fədakarlığı və xidmətləri yüksək qiymətləndirib.

Dövlət başçısı həmçinin Silahlı Qüvvələrin, tibb işçilərinin və yardımçı qrupların fəaliyyətini xüsusi vurğulayaraq, bu müharibədə ən qürurverici məqamın İran xalqının nümayiş etdirdiyi həmrəylik və birlik olduğunu bildirib. Pezeşkianın sözlərinə görə, xalq bütün çətinliklərə baxmayaraq, növbəti dəfə misilsiz bir qəhrəmanlıq nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =