İsrailin ən böyük neft emalı zavodu İranın raket hücumundan sonra 200 milyon dollarlıq zərəri etiraf etdi

Sionist rejimin əsas neft emalı kompleksi olan “Bazan” şirkəti, İranın raket hücumu nəticəsində Hayfa şəhərində yerləşən zavodun 150–200 milyon dollar arası zərər gördüyünü rəsmən açıqlayıb.
“Qrup-e Bazan” bu gün (çərşənbə) Təl-Əviv birjasına təqdim etdiyi hesabatda bildirib ki, İranın 16 iyun tarixində İsrailin cinayətkar hücumlarına cavab olaraq həyata keçirdiyi raket zərbələri nəticəsində zavod ciddi şəkildə zədələnib. Nəticədə 3 işçi həlak olub və emal prosesi ciddi xəsarətlər alıb.
Hesabatda həmçinin qeyd olunub ki, şirkət bu gün zərərin bir hissəsinin ödənilməsi üçün 160 milyon şekel (təxminən 48 milyon dollar) məbləğində ilkin təzminat alıb.
Zərərin miqyası o qədər böyük olub ki, Bazan şirkəti bütün emal fəaliyyətini tamamilə dayandırmalı olub və yalnız iki həftə sonra məhdud şəkildə fəaliyyətini bərpa edərək mərhələli şəkildə bərpa prosesinə başlayıb.
Bütün bunlara baxmayaraq, işğal olunmuş Fələstin ərazisində tətbiq edilən ciddi media senzurasına rəğmən, İsrail mediası bu hadisəni təsdiqləyərək İranın zərbələrinin ciddi maddi və insan itkisinə səbəb olduğunu etiraf edib.