İsrailin Dəməşqə hava hücumu: Suriya Baş Qərargahı və Prezident Sarayı bombalandı + Video

İsrailin Dəməşqə hava hücumu: Suriya Baş Qərargahı və Prezident Sarayı bombalandı + Video

Suriyalı xəbər mənbələri bildirirlər ki, sionist rejim bu gün Dəməşq şəhərinə qarşı ağır hava hücumları həyata keçirib. Hücumlar zamanı Suriya ordusunun Baş Qərargah binası və Prezident Sarayı hədəfə alınıb.

Məlumata görə, hücumlardan biri Dəməşqin mərkəzində yerləşən Baş Qərargah binasını birbaşa hədəf alıb.

Suriya mənbələrinin məlumatına əsasən, Müdafiə Nazirliyi və Baş Qərargah binası da daxil olmaqla bir neçə hökumət binasının ətrafına ən azı iki ardıcıl hava hücumu endirilib. Partlayışların səsi bütün paytaxtı lərzəyə salıb.

Əlavə olaraq, Əl-Məyadin xəbər şəbəkəsi yerli suriyalı mənbəyə istinadən bildirib ki, sionist rejim bu gün Prezidentin yaşadığı Qəsr əl-Şəəb sarayına üç hava hücumu həyata keçirib. Bu saray Dəməşqin yaxınlığında yerləşir və keçid dövrü üçün prezidentin məskünlaşan məkan hesab olunur.

İnsan tələfatı və maddi ziyanın dəqiq miqdarı hələlik açıqlanmayıb, lakin yerli mənbələr hadisə yerində genişmiqyaslı təcili yardım qüvvələrinin olduğundan xəbər verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =