Ənsarullah lideri: Ərəb ölkələrinin pulları Fələstin xalqının qanının tökülməsində əsas mənbədir

Ənsarullah lideri: Ərəb ölkələrinin pulları Fələstin xalqının qanının tökülməsində əsas mənbədir

Yəmənin Ənsarullah hərəkatının lideri bildirib ki, Qəzzə xalqına qarşı sionist rejimin cinayətləri Amerika Birləşmiş Ştatlarının hərbi-siyasi dəstəyi və ərəb ölkələrinin pulları ilə həyata keçirilir.

Seyid Əbdülməlik əl-Husi Qəzzə zolağında və bölgədəki son hadisələrlə bağlı çıxışında deyib: Düşmən Fələstin xalqının soyqırımını davam etdirir və cinayət sənədlərini daha da yığcam şəkildə təkmilləşdirməyə çalışır; sionist rejim Qəzzədəki bütün şəhərləri və yaşayış məntəqələrini məhv etməyə davam edir. Qəzzə zolağında fələstinlilərin soyqırımı, sionist düşmənin açıq məqsədidir və bu rejimin hərbi vəhşiliyi bu həqiqəti hər gün sübut edir. Qəzzə xalqının soyqırımı, ABŞ və İsrailin ortaq hədəfidir və onların vəhşi davranışı Qəzzə cəmiyyətinin bütün təbəqələrini əhatə edir.

Əl-Husi vurğulayıb: İşğalçı İsrail cinayətkarları Amerika bombalarından geniş şəkildə istifadə edir və bəzən Qəzzə zolağında bombalar, güllələrdən daha çox atılır. ABŞ bu bombaları sionist rejimə hədiyyə edir. İsrailə ABŞ tərəfindən göstərilən genişmiqyaslı dəstək, bombalar və digər hərbi texnikalarla təminat və onların gündəlik olaraq fələstinlilərə qarşı istifadə olunması əsasən maliyyə dəstəyinə söykənir. Təəssüf ki, bu bombaların əsas maliyyə mənbəyi ərəb ölkələrinin pullarıdır – milyardlarla dollar sərmayə adı altında Amerikaya göndərilir.

Əl-Husi əlavə edib: Ərəb ölkələrinin pulları, Fələstin xalqının qanının tökülməsində əsas səbəbdir. Qəzzə xalqına qarşı edilən bu təcavüz, daha çox Amerika tərəfindəndir, nəinki İsrail. İsrail sadəcə bu cinayətləri icra edən bir vasitədir. ABŞ, İsrailə məhdudiyyətsiz dəstək verir – istər planlaşdırma, istər informasiya sahəsində əməkdaşlıq, istər hərbi texnika təchizatı, istərsə də İsrailin cinayətlərinə açıq-aşkar siyasi himayə baxımından.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =