Məhəmməd Əli Əl-Husi: Yəmənin Qəzzəyə dəstək üçün çoxlu seçimləri var

Məhəmməd Əli Əl-Husi: Yəmənin Qəzzəyə dəstək üçün çoxlu seçimləri var

Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi bəyan edib ki, Yəmən Qəzzə xalqının kənarında dayanmaqda davam edəcək və Yəmən silahlı qüvvələrinin sionist rejimə qarşı saysız-hesabsız seçimləri mövcuddur. O vurğulayıb ki, Yəmən sionist və ya Amerika təcavüzünə güclü şəkildə cavab verəcək.

Əl-Husi bildirib: “İsrail düşməninin Qəzzədə həyata keçirdiyi soyqırım, açıq-aşkar terror və davamlı kütləvi qırğındır.” O əlavə edib ki, İsrailin bu terror aktları və Qəzzə əhalisinə qarşı cinayətləri ABŞ və Avropa tərəfindən dəstəklənir və bu, ərəb ölkələrinin susqunluğu fonunda baş verir.

O, Yəmənin Qəzzəyə dəstək mövqeyinə toxunaraq qeyd edib: “Qəzzə sakinlərinə yardım üçün Yəmənin bir çox seçimi var. Bütün addımlarımız Qəzzədəki soyqırımın dayandırılması, dərman, su və ərzağın çatdırılması istiqamətindədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =