Türkiyə-Məsciddə dəhşətli cinayət! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Kayseridə dəhşətli hadisə baş verib. 32 yaşlı Yasin Ş., əvvəlcə avtomobil dayanacağı məsələsi ilə bağlı mübahisə etdiyi qonşusu, 63 yaşlı Şevki Tanrıkulunu məsciddə namaz qıldığı anda bıçaqlayaraq qətlə yetirib.
Məsciddə olan camaat dərhal müdaxilə etsə də, Tanrıkulunun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.