İtaliyanın Florensiya Universiteti sionist rejimin elmi müəssisələri ilə əməkdaşlığa son qoydu

İtaliyanın Florensiya Universiteti sionist rejimin elmi müəssisələri ilə əməkdaşlığa son qoydu

İtaliyanın Florensiya Universiteti 500-dən çox müəllim heyəti, işçi, tədqiqatçı və tələbənin müraciətindən sonra, sionist rejimin bir neçə elmi müəssisəsi ilə əməkdaşlığı dayandırdığını bəyan edib.

İRNA-nın bazar günü səhər “La Nazione” xəbər portalına istinadla verdiyi məlumata görə, universitetin yaydığı bəyanatda qeyd olunur ki, bu addım “elmi sanksiyalar” çərçivəsində və Fələstinin işğal olunmuş torpaqlarında baş verənlərə etiraz olaraq atılıb. Bildirilib ki, universitetin beş fakültəsi İsrailə məxsus bir neçə universitetlə olan mövcud anlaşmaları ya ləğv edib, ya da müvəqqəti dayandırıb.

“La Nazione” saytının yazdığına əsasən, Florensiya Universitetinin professor-müəllim heyəti, əməkdaşları, tədqiqatçıları və tələbələri tərəfindən imzalanan müraciətdə bütün akademik ictimaiyyətə çağırış edilib ki, Qəzza sakinlərinə qarşı sionist rejimin törətdiyi cinayətlər qarşısında kollektiv məsuliyyət daşıdıqlarını unutmasınlar.

Müraciətdə daha sonra deyilir: “Biz xüsusilə İsrail rejiminin Qəzza zolağında məktəblərə qarşı davam edən hücumlarını pisləyirik. Çünki bu hücumlar nəticəsində hazırda Qəzzada yaşayan fələstinlilərin təhsilə çıxışı ciddi şəkildə təhlükə altındadır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + one =