Əraqçi bəzi ölkələrin sionist rejimin təcavüzkar hərəkətlərinə haqq qazandıran mövqeyini tənqid etdi

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi İsveçrəli həmkarı ilə telefon danışığında bəzi Avropa ölkələrinin sionist rejim və ABŞ-nin təcavüzkar hərəkətlərinə haqq qazandıran mövqeyini tənqid edib.
Bu gün (altıncı gün) İranın xarici işlər naziri və İsveçrə xarici işlər naziri İqnazio Kassis telefon danışığında regional inkişaflar və ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.
İranın xarici işlər naziri, sionist rejim və ABŞ-nin İrana qarşı hərbi təcavüzünə eləcə də BMT Nizamnaməsinin və beynəlxalq hüququn ciddi şəkildə pozulmasına toxunaraq, bütün ölkələrin bu açıq qanun pozuntusunu qınamasını və təcavüzkarların məsuliyyətə cəlb edilməsini vacib sayıb.
O, bəzi Avropa ölkələrinin sionist rejim və ABŞ-nin təcavüzkar hərəkətlərinə haqq qazandıran mövqeyini tənqid edərək xəbərdarlıq edib ki, bu cür davranışlar qanun pozuntusunu adiləşdirir, onları təşviq edir, bölgədə və dünyada təhlükəsizliyin daha da pozulmasına səbəb olur.