Evdəki hansı cihazlar “Wi-Fi”ı ləngidir?

Evdəki hansı cihazlar “Wi-Fi”ı ləngidir?

Evdəki “Wi-Fi” ilə bağlı problemlərə tez-tez rast gəlinir.

Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, bəzi məişət əşyaları modemin sürətini ləngidə bilər.

Məsələn, mikrodalğalı sobalar “Wi-Fi”a müdaxilə edir. Soba söndürülsə belə, modemi metal cihazların, məsələn, soyuducuların yaxınlığında yerləşdirmək düzgün deyil.

Eyni məqam müşahidə kameraları və simsiz stasionar telefonlara da aiddir.

Güzgü də modem üçün yaxşı qonşu deyil. Həmçinin su (məsələn, akvarium) elektromaqnit siqnallarını bloklayır.

“Bluetooth” cihazları və televizorlar da modem üçün təhlükə mənbəyidir. Routeri televizordan ən azı iki metr uzaqlaşdırmaq daha yaxşıdır.

Qeyd olunan qadcetlər “Wi-Fi”ın keyfiyyətinə ciddi təsir göstərə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + nineteen =