İranın İsrail rejiminin cinayətlərinə dair rəsmi və sənədli hesabatı Təhlükəsizlik Şurasında qeydə alınıb

İranın İsrail rejiminin cinayətlərinə dair rəsmi və sənədli hesabatı Təhlükəsizlik Şurasında qeydə alınıb

İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub göndərərək, sionist rejimin cinayətləri, xüsusilə də İran İslam Respublikasına qarşı 12 günlük hərbi təcavüz zamanı şəhid olmuş uşaq və qadın qurbanlar haqqında geniş və yenilənmiş hesabat təqdim edib və onun Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi qeydə alınması və yayılmasını istəyib.

İran İslam Respublikasının Daimi Nümayəndəliyinin BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda sionist rejimin hücumları nəticəsində ağır insan tələfatı və geniş dağıntılara toxunularaq, bu açıq-aşkar təcavüzün səbəbkarlarının hüquqi və beynəlxalq məsuliyyəti vurğulanıb.

Bu məktuba əlavə edilən hesabata əsasən, sionist rejimin 2025-ci il iyunun 13-ü gecə saatlarında başlayan və iyunun 24-dək davam edən hava, raket və pilotsuz təyyarə hücumları zamanı 132-si qadın və 45-i uşaq olmaqla 1100 günahsız dinc sakin şəhid olub, 5750-dən çox şəxs isə yaralanıb. Bu cinayətlər İsrail rejiminin ABŞ və bəzi Qərb ölkələrinin geniş hərbi, kəşfiyyat və siyasi dəstəyi ilə mülki mərkəzləri, kritik infrastrukturu, xəstəxanaları, medianı, dinc nüvə obyektlərini və iranlı ailələri qəsdən hədəf alması zamanı baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 5 =