Ənsarullah: İsrailin rejiminin hərbi eskalasiyası cavabsız qalmayacaq


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Yəməndəki Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Bəxiti “Əl-Ərəbi” kanalına verdiyi açıqlamada İsrail rejiminin son hava hücumlarına cavab olaraq yeni zərbələrin həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, İsrailin hücumları Ənsarullahın fəaliyyətinə təsir etməyəcək, əksinə, Qəzzaya dəstəyin davam etdirilməsi üçün əlavə motivasiya yaradacaq.
Əl-Bəxiti vurğulayıb ki, İşğalçı rejim Qəzzaya qarşı hücumları dayandırılmayana qədər Ənsarullahın zərbələri davam edəcək. O, həmçinin xəbərdarlıq edib ki, Ənsarullah tərəfindən İsrail limanlarına tətbiq edilən blokadanı pozan istənilən tərəf hədəf alınacaq.
Bu açıqlama İşğalçı rejimin Yəməndəki Ənsarullah mövqelərinə endirdiyi hava zərbələrindən sonra verilib və Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olub. Hadisələrin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.