ABŞ Ənsarullah hərəkatına qarşı yeni sanksiyalar tətbiq etdi!

ABŞ Ənsarullah hərəkatına qarşı yeni sanksiyalar tətbiq etdi!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

ABŞ Maliyyə Nazirliyi Ənsarullah hərəkatı ilə əlaqəsi olan 2 fiziki şəxs və 5 hüquqi şəxsi sanksiya siyahısına əlavə edib.

Bu addım ABŞ Prezidenti Donald Trampın yanvar ayında Ənsarullah hərəkatını yenidən xarici terror təşkilatı kimi təsnif etməsi fonunda atılıb. Tramp administrasiyası bu qərarla strateji dəniz yolunu qorumaq, ticarət gəmiləri və ABŞ-ın hərbi gəmilərinə yönəlmiş hücumlara cavab olaraq daha sərt iqtisadi sanksiyalar tətbiq etməyi hədəflədiyini bildirib.

Yeni sanksiyalar Ənsarullahın maliyyə resurslarına və bölgədəki fəaliyyət imkanlarına zərbə vurmağ məqsədi ilə atılıb. Vaşinqton, hərəkatın Qırmızı dənizdə gəmilərin təhlükəsizliyini pozan fəaliyyətlərini regional sabitliyə təhdid kimi qiymətləndirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + twelve =