Yəmənin Ali Siyasi Şurasının katibi: Regiondakı problemlərin həll yolu sionist rejimin məhv edilməsidir

Yəmənin Ali Siyasi Şurasının katibi Yasir əl-Huri bəyan edib ki, xalqımız yalnız Qəzza zolağı xalqına dəstək əməliyyatlarının nəticələrindən qorxmur, əksinə, bu əməliyyatların artırılması və daha da gücləndirilməsi üzərində düşünür. O vurğulayıb: Regiondakı problemlərin əsl həlli – sionist rejimin məhv edilməsidir.
Bu arada başqa bir mənzərə də mövcuddur ki, bu, Allaha inam və Onun yardımına güvəndən qaynaqlanır. Bu səhnə Yəmən, İran, İraq, Livan və dünyanın bəzi digər yerlərində müşahidə olunur. Düşmənin diqqəti yayındırmaq və fərqli mənzərələri qabartmaq cəhdlərinə baxmayaraq, bu hadisələr diqqətdən kənarda qalmamalıdır.
Düşmən artıq təxminən iki il ərzində əl-Qəssam, əl-Qüds və digər fələstinli müqavimət qruplarını məğlub edə bilmədiyindən, indi azad xalqların ruhuna məğlubiyyət, təslimçilik və zəiflik mədəniyyətini yeritməyə çalışır.
Bu problemin yeganə həll yolu – bütün dünyanın gözü önündə Fələstində baş verən cinayətləri törədən sionist rejimin məhv edilməsidir. Bu hədəf yalnız İslam ümmətinin oyanışı və sionist rejimin cinayətkar mahiyyətini dərk etməsi ilə reallaşa bilər.
Hazırda vəziyyətin dəyişməsi üçün işğalçılarla əlbir olan xain rejimlərdə dəyişikliklərin baş verməsi son dərəcə vacibdir. Bu dəyişikliklərin əlamətləri hələ ki görünmür, lakin sionist rejimə qarşı çıxmamaq və laqeyd qalmaq, bir gün mütləq onların öz başına bəla olacaq.