Sərhədsiz Həkimlər Təşkilatından Qəzza ilə bağlı şok xəbərdarlıq

Sərhədsiz Həkimlər təşkilatı şok hesabatında uşaqların, hamilə anaların və hətta tibb işçilərinin qidalanma böhranı ilə üzləşdiyini və tətbiq edilən aclığın əlamətlərinin hər keçən gün daha aydın göründüyünü açıqladı.
Bu açıqlamaya əsasən, təşkilatın klinikalarında qida çatışmazlığından əziyyət çəkən xəstələrin sayı son iki ayda 4 dəfə, 5 yaşa qədər uşaqlar arasında kəskin pis qidalanma isə son iki həftədə 3 dəfə artıb. Həmçinin, hamilə qadınların və uşaqların dörddə biri hazırda qida çatışmazlığından əziyyət çəkir.
Bəyanatın davamında tibb işçilərinin və xəstəxanaların ağır şəraiti var: Hətta həkim briqadaları belə yeməksizdirlər; bəzi işçilər üç gündür yemək yemir. Tibbi xidmətlər üçün tibbi avadanlıqlar, dərmanlar, hətta yanacaq ciddi şəkildə azaldılıb və elektrik enerjisi ilə təminat kəsilib, tibb ocaqlarında böhran daha da güclənib.