Sistan və Bəlucistan Ədliyyə binasına hücum edən terrorçu qrupun üç üzvü məhv edildi

SEPAH Quru Qoşunlarının Qüds Qərargahının İctimaiyyətlə Əlaqələr Şöbəsi Sistan və Bəlucistan vilayətinin Ədliyyə binasına hücum edən terrorçu qrupun üç üzvünün Qüds Qərargahının döyüşçüləri tərəfindən məhv edildiyini bildirib.
Bəyanatda əlavə olunur: Sistan və Bəlucistanın Ədliyyə binasına edilən namərd terror hücumu nəticəsində bu qrupun üç üzvü SEPAH Quru Qoşunlarının Qüds Qərargahı tərəfindən zərərsizləşdirildi.
Terrorçu qrupun Ədliyyə binasına etdiyi hücum zamanı bir neçə vətəndaş və müraciət edən şəxs yaralanıb.
Hazırda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.