CNN Ay ilə asteroidin mümkün toqquşmasının təhlükələri barədə məlumat verib

CNN Ay ilə asteroidin mümkün toqquşmasının təhlükələri barədə məlumat verib

2024 YR4 asteroidinin Ay ilə toqquşması kosmik peyklər, astronavtlar və Yer peykindəki qurğular üçün təhlükə yaradır.

“Report”un məlumatına görə, bu barədə CNN telekanalı Qərbi Ontario Universitetinin astronomiya və fizika professoru Pol Vigertə istinadən məlumat yayıb.

“Toqquşma Ayda eni təxminən 1 km olan zərbə krateri yarada bilər. Bu, son 5 min ildə Ayla ən böyük toqquşma olacaq və 108 kiloqrama qədər ay daşları və tozu azad edə bilər. Cəmi 10 santimetr ölçüsündə olan qırıntılar Ayda ola biləcək hər hansı astronavt və ya onların tədqiqat və yaşayış üçün tikdikləri hər hansı qurğu üçün təhlükə yarada bilər”, – deyə Vigert bildirib.

O qeyd edib ki, bu toqquşma Yer sakinləri üçün xüsusi təhlükə yaratmır. Lakin kosmosda naviqasiya və rabitəni təmin edən çoxlu peyk olduğundan, ay tozunun qırıntıları bu peyklərə zərər verə bilər. Vigert əlavə edib ki, toqquşma anı 2032-ci ilə təsadüf edir və insan onu adi gözlə görə biləcək.

Telekanalın məlumatına görə, əvvəlcə asteroid Yerə doğru hərəkət edirdi və 2032-ci ildə onun planetlə toqquşma ehtimalı yüksək idi. Lakin bu gün alimlər 2024 YR4-ün Yerdən uzaqlaşdığını müşahidə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 3 =