Çində ilk kabab institutu açılır

Çində ilk kabab institutu açılır

Çində manqal aşpazları hazırlayacaq ilk kollec açılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb.

Məlumata görə, təhsil müəssisəsi manqal mədəniyyəti ilə tanınan Yueyanq şəhərində yerləşən universitetin nəzdində fəaliyyət göstərəcək.

Universitet Yueyanq Kabab Assosiasiyası və yerli hakimiyyət orqanları birgə olaraq Yueyanq Kabab Araşdırmaları İnstitutu və Kabab Sənayesi Kollecini yaradacaq.

Bu qurumlar mütəxəssislər hazırlayacaq, sənaye standartlarını inkişaf etdirəcək və yerli brendlərin təbliğinə dəstək verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 20 =