Amerika xalqı İrana heyran qaldı / Qərb mediası sionist qurumlar tərəfindən idarə olunur

Müstəqil amerikalı jurnalist Naley vurğulayıb: Axır ki, insanlar gördülər ki, bir ölkə İsrailə qarşı durdu və onun cinayətlərinə cavab verdi; nəhayət, birisi bu işə görməli idi və bu səbəbdən bir çox amerikalı İranı təqdir etdi.
Dünyanın müxtəlif ölkələrindən jurnalistlər, “media əleyhinə terrorizmin pislənməsi” adlı tədbirdə iştirak etmək, şəhid olan jurnalistlərin xatirəsini yad etmək və 12 günlük müharibə zamanı sionist rejimin hücum etdiyi yerləri ziyarət etmək məqsədilə, iyulun 16-dan etibarən Tehran şəhərində “Sübh” Media Mərkəzinin ev sahibliyi ilə bir yerə toplaşıblar.
Amerikalı jurnalist Naley IRNA ilə söhbətində deyib: — Amerika xalqının yarısı baş verənləri — Qəzzə və Fələstində nələrin baş verdiyini tam şəkildə anlayır. Onlar bilirlər ki, vergi pulları fələstinlilərin qətli və torpaqlarının işğalı üçün xərclənir. Fikrimcə, artıq iki ilə yaxındır bu soyqırım Qəzzədə davam edir və hər səhər amerikalılar fələstinli uşaqların öldürüldüyünü görürlər. Bu, doğrudan da iyrənc və şeytani bir haldır. Onlar, pullarının bu qırğınlara necə sərf edildiyini görməkdən artıq dərəcədə beziblər.