İran İslam Respublikası ölkənin təməl dayaqlarının möhkəmliyini dünyaya nümayiş etdirdi

İran İslam Respublikası ölkənin təməl dayaqlarının möhkəmliyini dünyaya nümayiş etdirdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

İran İslam İnqilabının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei bildirib ki, İslam Respublikası ölkənin və sistemin təməllərinin misilsiz möhkəmliyini dünyaya nümayiş etdirmişdir.

İran İslam İnqilabının Ali Lideri Ayətullah Xamenei tərəfindən İmam Xomeyni Hüseyniyəsində şəhid ailələrinin, cəmiyyətin müxtəlif təbəqələrindən və hökumət nümayəndələrinin iştirakı ilə, İran xalqına qarşı aparılmış 12 günlük dayandırılmış müharibənin şəhidləri üçün anım mərasimi keçirilmişdir.

Ayətullah Xamenei mərasimdəki çıxışında son günlərdə şəhid olmuş komandanların, alimlərin və mülki şəxslərin ailələrinə başsağlığı verərək qeyd etmişdir:

“İran xalqı bu 12 gündə qazandığı və bu gün bütün dünyanın etiraf etdiyi şərəfli nailiyyətlərlə yanaşı, öz gücünü, müqavimətini, əzmini və iradəsini dünyaya nümayiş etdirdi. Elə ki, hər kəs İslam Respublikasının qüdrətini yaxından hiss etdi.”

Qlobal imperializmin İslam Respublikasına qarşı düşmənçiliyinin əsasında İran xalqının birliyi dayanır

Ayətullah Xamenei başda ABŞ olmaqla, qlobal imperializmin İslam Respublikasına qarşı əsas düşmənçiliyinin səbəbinin, İran xalqının Qurani-Kərimin və İslamın kölgəsi altında birləşməsi, dininə və elmə sahib çıxması olduğunu vurğulayıb.

Ali Lider qeyd edib:

“Onların (düşmənlərin) nüvə məsələsi, zənginləşdirmə və insan hüquqları kimi mövzuları ön plana çıxarmaları sadəcə bəhanədir; əsl qəzəb və müxalifliyin səbəbləri, İran İslam Respublikasının müxtəlif elmi, insani, texniki və dini sahələrdə irəli sürdüyü qabiliyyətlərdir.”

İranı inkişafın zirvəsinə çatdıracağıq

Ayətullah Xamenei İran xalqının Allahın izni ilə dinindən və elmindən əl çəkməyəcəyini vurğulayaraq deyib:

“Biz dinimizi gücləndirməklə, müxtəlif elmi sahələrimizi yaymaq və dərinləşdirmək istiqamətində böyük addımlar atacağıq. Düşmənin gözləri kor olsun – İranı inkişafın və izzətin zirvəsinə çatdıracağıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − six =