İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb

İsveçin Örebru şəhərində məscid yaxınlığında baş verən atışma nəticəsində iki nəfər yaralanıb.
Bu barədə yerli təhlükəsizlik xidməti məlumat yayıb.
Polis hücumun düşmənçilik edən mütəşəkkil cinayətkar qruplarla əlaqəli olduğunu bildirib.
“Hazırda cinayətkarı və ya cinayətkarları fəal şəkildə təqib edirik. Şahidləri dindirir və texniki araşdırma aparırıq”, – polis nümayəndəsi deyib.
İsveç mətbuatının məlumatına görə, azı bir nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb.
Hadisəni törədən şəxs hələ də tutulmayıb və onun məscidi, yoxsa konkret insanları hədəfə aldığı məlum deyil.
Çünki o, insanların cümə namazından sonra məsciddən çıxdığı anda atəş açıb və bu, çaxnaşmaya və insanların hadisə yerindən qaçmasına səbəb olub.