Xətibzadə: İran nüvə hüquqlarından imtina etməyəcək

İran Xarici İşlər nazirinin müavini Səid Xətibzadə “A Haber”ə verdiyi müsahibədə regional və qlobal məsələlərlə bağlı mühüm açıqlamalar verib.
O, İsrail və ABŞ-ın hücumlarını “beynəlxalq hüququn ağır pozuntusu” kimi dəyərləndirib və Tehranın nüvə proqramından imtina etməyəcəyini bildirib.
Xətibzadə nüvə danışıqlarında Türkiyəni “etibarlı ev sahibi” adlandıraraq, E3 ölkələri ilə görüşlərin davam edəcəyini vurğulayıb.
Onun sözlərinə görə, İsrail və ABŞ-ın koordinasiyalı hücumları yalnız nüvə obyektlərini deyil, İranın yüksək rütbəli komandirlərini də hədəf alıb.
Xətibzadə bildirib ki, İran nüvə obyektlərinin BMT zəmanəti və MAQATE-nin daimi nəzarəti altında olduğunu və bütün fəaliyyətlərin sülhməramlı xarakter daşıdığını sübut edib.
O, İranın sülhməramlı nüvə hüquqlarını qorumaq iradəsinin sonsuza qədər davam edəcəyini qeyd edib.