Şeyx Naim Qasim: “Müqavimət silahlarını təslim etməyəcək, lazım olsa İmam Hüseyn (ə) kimi vuruşacağıq”

Şeyx Naim Qasim: “Müqavimət silahlarını təslim etməyəcək, lazım olsa İmam Hüseyn (ə) kimi vuruşacağıq”

Livan Hizbullah Hərəkatının baş katibi Şeyx Naim Qasim Ərbəin mərasimi münasibətilə etdiyi çıxışda silahlarını təslim etməyəcəklərini, lazım gəldikdə isə İmam Hüseyn kimi vuruşacaqlarını bildirib.

O, Baalbek-Herməl bölgəsində İmam Hüseynə bağlılıq bayrağını qaldırmaq üçün toplaşan Əhli-beyt (ə) dostlarının iştirakını yüksək qiymətləndirib.

Qasim, ABŞ və İsrail rejimi də daxil olmaqla “dövrün Yezidlərinə” qarşı olduqlarını və Fələstini müdafiə etdiklərini vurğulayıb.

İranın Livan müqavimətinə verdiyi maddi, hərbi və siyasi dəstəyə görə təşəkkürünü ifadə edən Qasim, bu yolda verilən şəhidləri də yad edib.

O, Livan hökumətinin 5 avqust qərarını İsrail layihəsinə xidmət edən addım kimi qiymətləndirib və hökumətin torpaqları müdafiə borcundan imtina etdiyini deyib.

Qasim, düşmənlə üz-üzə qalmaq üçün hökumətin müdaxiləsinə ehtiyac olmadığını, dirənişlə aralarına girməməsini tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − one =