Yəmən ordusu: Təl-Əviv hava limanı hipersəs raketi ilə hədəf alındı

Yəmən ordusu: Təl-Əviv hava limanı hipersəs raketi ilə hədəf alındı

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yahya Səri açıqlayıb ki, Sionist rejimin Sənadakı elektrik stansiyasına hücumundan bir neçə saat sonra yeni raket əməliyyatı həyata keçirilib.

Onun sözlərinə görə, Təl-Əvivdə yerləşən Lod (Ben Qurion) Hava Limanı “Fələstin-2” adlı hipersəs raketi ilə vurulub.

Əməliyyat uğurla icra olunub və nəticədə milyonlarla israillinin sığınacaqlara qaçmasına, hava limanında isə uçuşların müvəqqəti dayandırılmasına səbəb olub.

Yəmən tərəfi bildirib ki, bu əməliyyat məzlum fələstinliləri dəstəkləmək və Sionist rejimin soyqırımı ilə ölkəyə yönəlmiş hücumlarına cavab vermək məqsədi daşıyır.

Səri vurğulayıb ki, Qəzza zolağında iki il əvvəl başlayan hadisələr düşmənin fələstinlilərin qanını və müsəlmanların izzətini heçə saydığını bir daha göstərir.

O, İslam ümmətini susqunluqdan əl çəkməyə çağırıb və soyqırımın, aclıq mühasirəsinin hələ də davam etdiyini qeyd edib.

Yəmən ordusu bildirir ki, düşmən hücumları dayanana və Qəzza mühasirəsi aradan qalxana qədər fələstin xalqına dini və insani dəstəklərini davam etdirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 8 =