İsrail rejimi Qəzza şəhərinə hücumun ilk mərhələsinə başladı

İsrail rejimi Qəzza şəhərinə hücumun ilk mərhələsinə başladı

İşğalçı sionist İsrail ordusu Qəzza şəhərinə qarşı planlaşdırılan genişmiqyaslı hücumun ilk mərhələsinə keçildiyini bəyan edib. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, general-leytenant Effi Defrin, ordunun artıq şəhərin ətrafında nəzarəti ələ aldığını təsdiqləyib.

Defrinin sözlərinə görə, İsrail qüvvələri hazırda Qəzzanın tam mühasirəsini təmin etməklə, gələcəkdə daha dərin hərbi əməliyyatlar üçün zəmin yaradır:

“Güclərimiz Qəzza şəhərinin ətrafını nəzarət altına aldı. Bu, əməliyyatın ilk mərhələsidir və növbəti mərhələlər planlaşdırıldığı kimi davam etdiriləcək.”

Bununla yanaşı, o, İsrail rejiminin nəzarətində olan ərazilərdə hərbi səfərbərliklə bağlı geniş çağırışların başladığını vurğulayıb. Rəsmi məlumata əsasən, yaxın günlərdə təxminən 60 min ehtiyat hərbi qulluqçu ordu sıralarına dəvət olunacaq, ayın sonuna qədər isə əlavə 20 min çağırış göndəriləcək.

Müşahidəçilər hesab edirlər ki, İsrail rejiminin bu addımı bölgədə gərginliyi daha da artıracaq və humanitar böhranın dərinləşməsinə səbəb ola bilər. Qəzza şəhərinə yönəlik əməliyyatın hansı nəticələr doğuracağı isə yaxın günlərdə aydınlaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 18 =