Avropada meşə yanğınları yeni rekord həddə çatdı: Kipr böyüklüyündə ərazi məhv olub

Avropa İttifaqı (Aİ) ölkələri ərazisində meşə yanğınlarının sahəsi 2006-cı ildə qeydiyyata alınmasına başlayandan bəri ilk dəfə olaraq bir milyon hektarı keçərək, yeni rekorda imza atıb.
Bu barədə “Politico” nəşri Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatlarına istinadən bildirib.
EFFIS-in məlumatına görə, bu ilin yanvarından bəri yanğınlar bir milyon hektar meşəni məhv edib ki, bu da Kipr ərazisindən daha böyük sahəni əhatə edir.
Əvvəlki antirekord isə 2017-ci ildə qeydə alınıb ki, o zaman yanğınlar demək olar, 988 min hektar ərazini bürümüşdü.
Qeyd olunub ki, ümumi itkilərin təxminən üçdəikisi avqustun 5-dən sonra olan dövrə təsadüf edir, EFFIS-in məlumatına görə, 380 min hektar ərazi yanıb. Yanğınların əksəriyyəti Pireney yarımadasında qeydə alınıb.
İspaniyanın payına 400 min hektardan çox yanmış torpaq sahələri düşür, eyni zamanda, daha kiçik ərazini tutan Portuqaliyada 270 min hektardan çox ərazi alovlara qərq olub ki, bu da ölkə ərazisinin 3%-ni təşkil edir.