İspaniya–İsrail gərginliyi dərinləşir

İspaniya–İsrail gərginliyi dərinləşir

İspaniya ilə İsrail rejimi arasında diplomatik böhran yeni mərhələyə qədəm qoyub. İspaniya Baş naziri Pedro Sançes Qəzzadakı hücumları “soyqırım” kimi qiymətləndirərək, İsrail rejiminə qarşı 9 maddəlik sanksiya paketi elan edib. Cavab olaraq İsrail rejimi hökuməti iki ispan nazirinə ölkəyə giriş qadağası qoyub.

Sançes Madrid-də xalqa müraciətində, İspaniyanın təkbaşına hücumları dayandıra bilməyəcəyini, lakin bütün imkanlardan istifadə edəcəyini bildirib.

Sanksiya paketindəki əsas bəndlər:

  • İsrail rejiminə silah embarqosunun daimi qanuniləşdirilməsi.
  • İsrail rejimi ordusuna yanacaq daşıyan gəmilərin İspaniya limanlarına buraxılmaması.
  • Hərbi texnika daşıyan təyyarələrin İspaniya hava məkanından istifadəsinin qadağan olunması.
  • Qəzzadakı hücumlara qarışan şəxslərə İspaniyaya giriş yasağı.
  • İşğal altındakı ərazilərdə istehsal olunan məhsulların idxalının dayandırılması.
  • Bu bölgələrdə yaşayan ispan vətəndaşlarına yalnız zəruri konsulluq xidməti göstərilməsi.
  • Fələstinlə kənd təsərrüfatı, səhiyyə və ərzaq təhlükəsizliyi sahələrində yeni layihələr.
  • UNRWA-ya maliyyə dəstəyinin artırılması.
  • Qəzzaya humanitar yardımın 150 milyon avroya qaldırılması.

Sançes bu addımların “soyqırımı dayandırmaq, məsulları ədalət qarşısına çıxarmaq və fələstinlilərə dəstək vermək” məqsədi daşıdığını bildirib.

İsrail rejiminin reaksiyası: Xarici işlər naziri Gideon Saar İspaniyanı “antisemitizm”də günahlandırıb və Baş nazirin müavini Yolanda Dias ilə Gənclik naziri Sira Reqo üçün giriş qadağası tətbiq edildiyini açıqlayıb. Saar sanksiya paketini “qırmızı xətt” adlandırıb.

İspaniya XİN isə iddiaları rədd edərək, “İspaniya sülh, beynəlxalq hüquq və insan haqları üçün qətiyyətli mövqeyindən dönməyəcək” bəyanatını yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + one =