Putin Qarabağda tərəfləri dərhal atəşi dayandırmağa çağırdı

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasında bütün təmas xətti boyu döyüş əməliyyatlarının başlaması haqda xəbərlərdən dərin narahatlıq keçirir. Bu bəyanatla Putinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

“Prezident Putin münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə çağırır”-Peskov bildirib.

Xatırladaq ki, bu gün səhərə yaxın təmas xəttinin eyni vaxtda üç istiqamətind-Ağdam, Tərtər-Ağdərə, Füzuli Xocavənd istiqamətlərində bütün növ silahlardan və hərbi texnikadan istifadə olunmaqla irimiqyaslı döyüş əməliyyatları başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə döyüşlər hazırda davam edir, düşmən hərbi qüvvə və texnika sarıdan ciddi itkilər verməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + five =