2000-dən çox ABŞ əsgəri İraqdan çıxarılır

2000-dən çox ABŞ əsgəri İraqdan çıxarılır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisi keçən ay ABŞ-ın İraqdakı qoşunlarının üçdəbirini çıxarması gözlənildiyini söylədi.

ABŞ Prezidenti Donald Tramp 2000-dən çox ABŞ əsgərini İraqdan çıxarır və Əfqanıstandakı əsgər sayını azaltmağı planlaşdırır.

Daily Mail xəbər verir ki, Tramp administrasiyası Çərşənbə günü bu ay 2 mindən çox ABŞ əsgərinin İraqı tərk edəcəyini elan etdi.

Centcom komandiri general Kenneth Mackenzie İraqdakı ABŞ əsgərlərinin sayının təxminən 5200-dən 3000-ə endiriləcəyini söylədi.

Amerika Birləşmiş Ştatları Əfqanıstanda təxminən 8600 əsgər yerləşdirmişdi və Tramp keçən ay verdiyi bir müsahibəsində ABŞ-ın bu qüvvəni 4000-ə endirmək istədiyini söylədi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + five =