Hindistanda dəhşətli qəza: 7 nəfər öldü

Hindistanın Racastan əyalətindəki Çambal çayında gəmi çevrilib.
Sonxeber.az xəbər verir ki, hadisə nəticəsində göyərtədə olan 30 nəfərdən azı 7-si ölüb, 14 nəfər itkin düşüb.
Xilasedicilərin əməliyyatı zamanı bir neçə nəfərin xilas edildiyi bildirilir. İlkin məlumatlara əsasən, hadisəyə səbəb güclü külək olub. İtkin düşənlərin axtarışları davam etdirilir.