İsrail Qəzzaya şiddətli aviazərbələr endirib

İsrail Qəzzaya şiddətli aviazərbələr endirib

İsrail Qəzzaya hava və qurudan zərbələr endirib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail bu gün sübh və səhər saatlarında Qəzzanın müxtəlif bölgələrinə zərbələr endirib.

Məlumata görə Qəzzann şimalında Əsqalan adlı mövqe ağır aviazərbələrə məruz qalıb.

Bu hücumun canlı tələfatı barədə hələ məlumat yoxdur.

Reuters iddia edib ki, Qəzzada HƏMAS-ın hərbi təlim düşərgələrindən biri hədəfə alınıb.

Qeyd edək ki, ötən gün BƏƏ, Bəhreyn və İsrailin əlaqələrin rəsmiləşməsinə dair Vaşinqtonda keçirilən imzalanma mərasimi əsnasında Qəzzadan İsrailə bir neçə raket atılmışdı. Fələstinin “Səraya əl-Qüds” hərəkatı İsrailin təcavüzünə cavab olaraq Aşkelon və Aşdoda raketlər atdığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 17 =