BƏƏ cəmiyyəti İsrail rejiminə qarşı 2 milyon imza topladı
Sosial şəbəkədə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tanınmış bir cəmiyyət sionist rejimlə razılaşmaya qarşı iki milyondan çox imza topladığını elan edib.
Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, BƏƏ-dəki Münasibətlərin Normallaşmasına Qarşı Müqavimət Assosiasiyası əldə edilən razılaşmanın əleyhinə olaraq ərəb dünyasındakı sosial şəbəkə istifadəçilərindən iki milyondan çox imza topladığını açıqlayıb.
“Arab 21” saytının verdiyi məlumata görə, BƏƏ cəmiyyəti özünün Tvitter səhifəsində Fələstin məsələsinə və razılaşmanın rədd edilməsinə dəstək olaraq bu günə qədər iki milyondan çox imza yığıldığını və bunların “Xalqlar Normallaşmaya Qarşıdır” heştaqi altında insanların imzalarını elektron qaydada biri ingilis, digəri isə ərəb dilində olmaqla toplanıldığını bildirib.
Cəmiyyət bunun 13 avqustda Trampın BƏƏ və İsrail rejiminin bir sıra BƏƏ-li akademikləri və xaricdə yaşayan insanlar tərəfindən münasibətləri normallaşdırmaq niyyətini elan etməsindən sonra, BƏƏ vətəndaşları arasında sionist rejimlə əməkdaşlığın zərərləri barədə məlumatlandırma məqsədi ilə edildiyini bildirib.
Digər tərəfdən, Müqavimətə Dəstək heşteqi Tvitterdə aksiya başladılıb və geniş kütlənin atılacağı bildirilib.
Bu heşteqin Fələstin müqavimətini dəstəkləmək və ərəb ölkələrinin münasibətlərini normallaşdırmağa tələsməsini rədd etmək və qınamaq üçün başladıldığı elan olunub .