Çin Yəməndə təcili şəkildə atəşkəs elan edilməsini tələb etdi

Çin Yəməndə təcili şəkildə atəşkəs elan edilməsini tələb etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səudiyyə Xarici İşlər naziri ilə söhbətində Çin Xarici İşlər naziri Yəməndə dərhal atəşkəsin yaradılmasının və onun siyasi həll yolunun zəruri olduğunu vurğuladı.

Çinin Sinxua Xəbər Agentliyi Xarici İşlər nazirinin Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Feysəl bin Fərhanla Yəməndəki böhranla bağlı telefon danışığı apardığını bildirdi.

Məlumata görə, Wang Yi, Çinin Yəməndəki hadisələri yaxından izlədiyini və siyasi bir həll yolunun yanında bu ölkədə dərhal atəşkəs edilməsi tərəfdarı olduğunu söylədi.

O, Pekinin Birləşmiş Millətlər Təşkilatının rolunu və vasitəçiliyini, həmçinin BMT Baş katibinin Yəməndəki böhranın həlli üçün göndərdiyi üç maddəli planı dəstəklədiyini vurğuladı.

Xarici işlər naziri, Pekinin böhranda iştirak edən bütün tərəflərlə təmasda olduğunu və Yəmənə ikitərəfli və çoxtərəfli kanallarla humanitar yardım hazırladığını da bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =