Sepah Trampa xitab edərək, Qasim Süleymaninin intiqamının hökmən alınacağını bildirib

Sepah Trampa xitab edərək, Qasim Süleymaninin intiqamının hökmən alınacağını bildirib

“Komandan Qasim Süleymaninin şəhid edilməsində səbəbkar olan şəxslərdən hökmən intiqam alınacaq. Bu ciddi və qətidir”

İnterAz SalamNews-a  istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun komandanı ordu başçısı Hüseyn Səlami deyib.

Sepah komandanı Trampın seçki kompaniyası zamanı Qasim Süleymaninin öldürülməsilə fəxr etməsi və bu məsələni tez-tez önə çəkməsinə toxunub və bildirib ki, “komandan Qasim Süleymaninin şəhid edilməsində əli olanlardan hökmən itiqam alınacaq.”

“Böyük komandanımızın intiqamı hökmən alınacaq. Bu ciddi və qətidir. Bununla yanaşı biz şərəf və şərafət əhliyik. Biz aədalətli və kişi kimi intiqam alırıq”, deyə Hüseyn Səlami xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 12 =